Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2014

ABŞ Əfqanıstandan 2016-cı ildə çıxacaq

ABŞ Müdafiə naziri Hegel prezident Obamanın qərarının 2016-cı ilin sonuna qədər Əfqanıstandan çıxmaq olduğunu açıqlayıb.

Anadolu Agentliyi xəbər verir ki, ABŞ Müdafiə naziri Çak Hegel amerikalı hərbiçilərin 2016-cı ildən sonra da Əfqanıstanda qalacağı haqda söz-söhbətlərin yalan olduğunu açıqlayıb. Hegel bildirib ki, prezident Obamanın Əfqanıstandan çıxma barəsindəki qərarı qətidir.

Almaniyada rəsmi səfərdə olan nazir 2015-ci ilin sonuna qədər 5 mindən çox amerikalı əsgərin çıxacağını, 2016-da Əfqanıstanda cəmi minə qədər təhlükəsizlik mütəxəssisinin qalacağını bildirib.

Müdafiə naziri Rusiyanın Ukrayna sərhədi boyunca hərbi briqadalarını yerləşdirməsinin Ukraynanı işğal etmə təhlükəsinin artması mənasına gəldiyini də bildirib. Hegel Ukraynanın işğal riskinin artdığını deyən Polşa Xarici İşlər naziri Radoslav Sikorski ilə eyni fikirdə olduğunu vurğulayıb.
1163 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:34