Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2014

Sürücülər şikayət etdi, yol polisi qaçdı - (Fotolar)

Cəlilabad Rayon Yol Patrul Xidmətinin əməkdaşları rayon ərazisində qanunsuz avtomobil idarə edən, eləcə də avtomobilin müəyyən hissəsində sonradan dəyişikliklər etmiş sürücülərə qarşı reyd keçirərkən insident yaşanıb. 
Bəzi sürücülər iddia edirlər ki, yol polisləri onları saxlayaraq fiziki zor tətbiq ediblər. Bu isə sürücülərlə Yol Patrul Xidmətinin əməkdaşları arasında insident yaranmasına səbəb olub.
Sürücülər polisləri günahlandırsalar da yol polisləri də qarşı tərəfi ittiham edib. Elə çəkiliş apardığımızı görən yol polisləri nədənsə dərhal ərazidən uzaqlaşdılar.
Mövcüd hadisədə adı hallanan Cəlilabad Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin komandiri Yaşar Nağıyevdən açıqlama ala bilmədik. Amma məlumdur ki, sürücülər yol hərəkəti haqqında qanunun şərtlərinə riayət etməyə borclu olduqları kimi yol polisi əməkdaşları da vətəndaşlarla sivil qaydada davranmalıdır ki, sonradan bu kimi narazılıqlar baş qaldırmasın./ans/

1078 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...