Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2014

Məhbus ailəsinin ürəkparçalayan müraciəti

“Çıxılmaz vəziyyətdəyik, bizə kömək edin”

Milli Azadlıq Hərəkatının öncüllərindən olan, şərlənərək həbs edilən Babək Ədalətlinin ailəsi redaksiyamıza müraciət edib. Müraciət müəllifləri siyasi partiyalardan, beynəlxalq qurumlardan, QHT və səfirliklərdən kömək istəyirlər.
Ailə müraciətində dözülməz vəziyyətdə olduqlarını yazıb. Belə ki, B.Ədalətlinin xanımı ürək işemik xəstəliyi tapıb, oğlu Emil mədə və 12 barmaq bağırsaq yarasına düçar olub, böyrəyində çatışmazlıq var, həyat yoldaşında şəkərli diabet əmələ gəlib. B.Ədalətlinin həbsindən sonra onun 12 yaşlı nəvəsi qorxudan kəkələməyə başlayıb.
B.Ədalətlinin kiçik qızında epilepsiya, qıcolma, huşun itməsi halları baş verir. Bu dəhşətli durum ailədə B.Ədalətlinin kiçik oğlu Bəxtiyara ən ağır şəkildə təsir edib.
Müraciətdə deyilir ki, Bəxtiyar məhkəmədə keçirdiyi həyəcanlardan sonra sağlamlığını itirib.
Bu il fevralın 17-də onun ağciyərlərindən qan axması baş verib, 1 saylı vərəm dispanserinə çatdırılıb. Ölümcül durumuna görə dərhal stasionar müalicə qərarı verilib. Məhbus ailəsi yazır ki, belə xəstələrə yüksək kalorili yeməklər, vərəm əleyhinə bahalı preparatlar lazımdır. Odur ki, ev əşyalarını sataraq, qonşulardan, tanışlardan borc alaraq müalicəyə başlayıblar.
İyundan preparatların heç bir effekti olmayıb, həftədə 150-200 manat ödəmək imkanı olmadığını görən həkimlər onu evə yazıblar: “Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Referens laboratoriyasında ağciyərdən götürülmüş nümunənin əkilməsindən alınan nəticədə məlum olub ki, aparılmış müalicədə istifadə olunmuş preparatlara qarşı vərəm mikrobakteriyaları həssas deyil, rezistentdir. Yəni bu preparatlar vərəm bakteriyalarını məhv edə bilməz. Ona görə də Azərbaycanda Bəxtiyara MBR proqramı tətbiq olunmalıdır.
Bu preparatlar isə çox zəhərli preparatlardır, karlıq, korluq, daxili orqanların kəskin zədələnməsini verə bilər. Həkimlər deyirlər yazılı surətdə iltizam verin ki, biz bu müalicəyə razıyıq, məsuliyyəti öz üzərimizə götürürük.
Həkimlərin dediyinə görə, MBR preparatlar da nəticə verməsə, Bəxtiyar ölümə məhkumdur. Bizdə başqa müalicə üsulu yoxdur və əlavə etdilər ki, imkanınız varsa aparın xaricə, müalicə etsinlər. Biz çıxılmaz vəziyyətdəyik.
Bütün bu faciələr bu ailəyə qarşı qanunsuz hərəkətlərin nəticəsidir. Hazırda Bəxtiyar çox ağır durumda Zığda Vərəm Xəstəxanasındadır. Xahiş edirik ki, bizə kömək edin. Babək bəy azadlığa çıxıb, əl tutanlara borcunu ödəyəcək".
Xatırladaq ki, 2013-cü il, mayın 29-da B.Ədalətli DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona işlədiyi firmada narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ittihamları irəli sürülüb. İttiham sübuta yetirilsə, 5 ildən 12 ilədək həbs gözləyir. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Xatırladaq ki, B.Ədalətli “Şah İsmayıl Xətai” Demokratik Partiyasının sədridir./musavat/
1192 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:26