Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2014

İŞİD Livan ərazisini tərk etməyə razı olub

"İŞİD"lə aparılan danışıqlar çərçivəsində əsir götürülən əsgərlərin bir qismi sərbəst buraxılacaq

İŞİD təkfirçi qruplaşmasının üzvləri Livan ərazisini 24 saat ərzində tərk edəcəkləri barədə öhdəlik götürüblər. Yerli mənbələrin verdiyi məlumata görə, silahlılar Livanın Suriyayla sərhəddə yerləşən Ərsal şəhərini 24 saat içərisində tərk etməyə razılıq veriblər.

İnterAz-ın PressTV-yə istinadən məlumatına görə, İslam Alimləri Birliyinin aktiv iştirak etdiyi danışıqlar prosesi zamanı 24 saatlıq atəşkəs barədə razılığa gəlinib və yaraqlılar əsir götürdükləri livanlı əsgərlərin 3 nəfərini sərbəst buraxacaqlarını vəd ediblər.

Radikal qrupla danışıqlar aparan livanlı din xadimi Şeyx Hüsam əl-Qali bildirib ki, silahlıların əksəriyyəti artıq Suriyanın içərilərinə doğru geri çəkilməyə başlayıblar. Rəsmi Beyrut isə ŞİD mənsublarından ölkə ərazisini təcili surətdə tərk etməyi və əsirləri geri qaytarmağı tələb edir.

Məlumat üçün bildirək ki, İŞİD terrorçularıyla Livan ordusu arasında gərginlik ötən şənbə günü başlayıb. Livan qüvvələrinin Suriya sərhədi yaxınlığında "İŞİD" üzvü olduğu ehtimal edilən bir nəfəri həbs etməsindən sonra silahlı dəstənin digər üzvləri Livan ordusuna məxsus nəzarət buraxılış məntəqələrini və polis köşkünü atəşə tutublar.
1184 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP