Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2014

Rusiya Qərbdən ərzaq idxalını dayandırdı

Rusiyanın ABŞ-dan ərzaq idxalına qadağası Rusiyanın beynəlxalq ictimaiyyətdən təcridini dərinləşdirəcək.

Ağ Evin sözçüsü Laura Lucas Magnuson ötən gün belə deyib. Bildirib ki, Moskvanın Qərb ölkələrinin sanksiyalarına cavab zərbəsi Rusiya iqtisadiyyatına zərbə vuracaq.

Rusiya Mərkəzi Bankı da bildirib ki, ərzaq idxalına qadağa ölkədə inflyasiyanın artmasına səbəb olacaq.

Rusiyanın ərzaq standartları agentliyinin sözçüsü Aleksei Alekseenko yerli mətbuata müsahibəsində ABŞ-da istehsal olunan "bütün növ ərzaq məhsullarının", o cümlədən "Avropa Birliyindən gətirilən bütün meyvə və tərəvəz"in idxalının dayandırılacağını açıqlayıb.

ABŞ və AB ölkələrindən Rusiyaya hər il milyardlarla dollar dəyərində ərzaq idxal olunur.

Qərb ölkələri Ukraynadakı münaqişədə iştirakına görə Rusiyaya qarşı bir neçə dəfə sanksiya tətbiq edib.
1400 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
18.04.18, 10:12
Ucar sakini intihar edib
Go to TOP