Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2014

İŞİD-in 70 yaraqlısı məhv edildi

İraqdakı İŞİD irəliləyişi Kürd Rəhbərliyi ilə mərkəzi hökumət arasındakı hərbi əməkdaşlığı yenidən başladıb

Peşmergə gücləri Ərbil yaxınlarında İŞİD-ə böyük itkilər verdirərkən Mosuldakı hava hücumunda 70 İŞİD üzvünün öldürüldüyü iddia edilib. İraqdakı qarşıdurmalar bütün sürətiylə davam edir. İraq Kürd Regional Rəhbərliyinin sədri Məsud Bərzaninin təlimatının ardından peşmergə gücləri İŞİD-ə qarşı hücuma keçib. Son iki gündə irəliləyən peşmergə güclərinin İŞİD-in idarəsindəki Mosulun bəzi bölgələrinə girdiyi qeyd edilib. Ərbildə yaxın bölgələrdə də qarşıdurmaların sürdüyü və İŞİD-in böyük itkilər verdiyi də gələn məlumatlar arasındadır. Şimali İraq Regional Kürd Rəhbərliyi ilə Bağdad, İŞİD-ə qarşı ortaq mübarizə mövzusunda hərbi əməkdaşlığı təkrar başlamaq qərarı alıb. Sincarda İŞİD-in qırğınından qaçan 50 min adam dağlara qaçaraq gizlənib. Kürd səlahiyyətli, dağlara qaçan 50 min adama kömək edilməməsi halında, aclıqdan öləcəklərini iddia edib. Bu vaxt İraq ordusuna aid döyüş təyyarələrinin Mosulda silahlı qrupların əlinə keçən Ahdas həbsxanasına təşkil etdiyi hücumda həyatını itirənlərin sayının 70-ə yüksəldiyi bildirilib.
1158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber