Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2014

Rusiyadan Qərbə qadağa

Rusiyanın baş naziri Dmitri Medvedev Rusiyaya qarşı sanksiya tətbiq etmiş Qərb ölkələrindən idxal olunan malların ölkə ərazisinə buraxmaması barədə gömrüyə tapşırıq verib.

UNİAN-nın verdiyi məlumata görə, Medvedev bəyan edib ki, bu vəziyyətdə spekulyasiya edib pul qazanmaq cəhdlərinin qarşısı sərt şəkildə alınacaq.

“Federal Gömrük Xidmətinə bu qərarın icrası ilə bağlı bütün tədbirləri operativ şəkildə reallaşdırmağı həvalə edirəm. Başqa sözlə, müvafiq ölkələrdən mal idxalını dayandırırıq. Sənaye və Ticarət, Kənd Təsərrüfatı nazirlikləri bazarlarda gündəlik monitorinq aparıb, hökumətə məruzə etsin”, - deyə D. Medvedev bildirib.

Baş nazir iqtisadiyyata və sənayeyə cavabdeh olan nazirlərə tapşırıb ki, idxalın məhdudlaşdırılması ilə yerli bazarda yaranan problemləri aradan qaldırmaq və boşluqları doldurmaq üçün təcili işə başlasınlar.

Rusiya Federasiyası Nazirlər Kabinetinin saytında idxalı məhdudlaşdırılan malların siyahısı da açıqlanıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, siyahıda ABŞ, Avropa Birliyi, Avstraliya, Norveç kimi ölkələrdən kənd təsərrüfatı malları, xammal və ərzaq malları yer alıb.

Həmçinin süd və süd məhsulları, iribuynuzlu mal əti, donuz əti və quş əti, duzlu və qurudulmuş ət, balıq, xərçəng və digər məhsulların Rusiya ərazisinə buraxılması qadağan olunub.
1255 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı