Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2014

Azərbaycan ərazisinə soxulmuş erməni tutuldu

Ermənini tutan kənd sakini: “Mobil telefonunda silah fotoları vardı”

Bu gün Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayon Ağbulaq kəndi ərazisində Ermənistan vətəndaşı saxlanılıb.

Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə saxlanılan şəxs Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Petrosyan Artuş Dalenoviçdir.

Ağbulaq kənd sakini, 1996-cı il təvəllüdlü Quliyev Röyal İsmixan oğlunun bildirdiyinə görə, sərhədi keçən ermənini o tutub.

“Evdə yatırdım. Eşitdim ki, həyətdə kimsə anamdan çay istəyir. Çıxdım həyətə. Məni görən kimi erməni işarə ilə məndən siqaret istədi. Dedim ki, səndə siqaret yoxdur, məndən istəyirsən? Cibindən boş qutunu çıxarıb göstərdi. Gördüm ki, siqaret qutusu bizim ölkədə satılan siqaretə oxşamır. Şübhələndim. Tez maşının təkər açarını götürdüm, onu qorxudub, yerə yıxdım. Hardan gəldiyini soruşdum. Elə bil Azərbaycan dilini başa düşürdü. Cavab verdi ki, Çinarlıdan gəlib. Onu tutub kəndin mərkəzinə apardım və hərbçilərə təhvil verdim”, - deyə o bildirib.

R. Quliyev onun 45 yaşı olması barədə deyilənlərin bir qədər şübhəli olduğunu deyib.

Onun çox gənc - təxminən 30-35 yaşlarında olduğunu ehtimal edən R. Quliyev erməninin səliqə ilə geyindiyini, mobil telefonunda silah fotolarının olduğunu da qeyd edib.

“Soruşduqda dedi ki, qardaşı hərbçidir, telefondakı fotolar da onun silahının fotolarıdır”, - deyə R. Quliyev bildirib./apa/


1235 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:06