Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2014

Kastronun qızı 20 il sonra Kubada

Kuba inqilabının lideri Fidel Kastronun qızı - 20 il əvvəl gizli şəkildə ölkədən miqrasiya edən Alina Fernandes Revelta ilk dəfə Kubaya gəlib.
Alina Fernandesin səfəri barədə yerli KİV-lər yazsa da, rəsmi açıqlama hələ də yoxdur.

Kastronun vətənə gəlişini ilk xəbər verən Mayamidə yaşayan amerikalı jurnalist Maks Lesnik olub. O, Kubaya gedərkən 58 yaşlı Alina Fernandeslə rastlaşıb. Onun sözlərinə görə, Alina ona səfər etməyə icazə verilməyən ölkəyə getmək məcburiyyətində olduğunu bildirib. Jurnalist Mayamidə yaşayan Alina Fernandesin hazırda Havanada olduğunu deyib.

Kastronun qızının Havanaya 88 yaşlı xəstə anası Natalya Revuelta ilə görüşmək üçün gəldiyini yazılır. Yerli mətbuatın yazdığına görə, Fidel Kastronun eks-sevgilisi öz evinin vanna otağında keçirdiyi insultdan sonra keçən həftə xəstəxanaya yerləşdirilib.

Yaşlı qadının üzərində ürək-damar cərrahiyyə əməliyyatı aparıldıqdan sonra onun vəziyyəti yaxşılaşıb./ans/
1150 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP