Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2014

Sual.nur-az.com-da günün sualı

Ümumi

Sual:
Salam aleykum! Islamda, Qurani-Kərimdə ən böyük günah şirk oldugu bildirilir. Şirkin niyə bu qəder agır günah oldugunu fəlsəfi baxımdan və ya digər baxımdan nə cür başa duşmək olar? Allah köməyiniz olsun!
Bismillahir-rəhmanir-rəhim.

Cavab:
Əleykumus-salam.
Şirk haqq dairəsindən xaric olma, Allahdan üz döndərmə, Allahdan qeyrilərinə müraciət olduğundan tövbəsiz bağışlanmır. Heç bir günah şirk kimi imanı aradan aparmır. Müşrik öz şirkindən əl çəkib həqiqi tövbə etsə, Allah onu bağışlayar. “Zumər” surəsinin 54-cü ayəsində buyurulur: “Allah bütün günahları bağışlayır. Onun rəhmətindən mə’yus olmayın və dərgahına tövbə qılın.”

"Şirk" lüğətdə nisbət (pay) qərar vermək və Quran terminində isə şirkdən məqsəd, şərik, oxşar və Allah- Taalaya onun kimi başqa bir varlığı qərar verməkdir və bunun qarşılığında isə "Hənəfiyyət"- dir. "Hənif" yəni bərabərliyə meyilli olmaq, odur ki, tövhid yolunun davamçıları şirkdən üz çevirərək, əsl mənbəyə üz tutmuşdurlar və bunlara hənif deyilir.

Şirk iki qismdir: Şirk etiqadi məsələlərdə və şirk əməldə (ibadət və itaət). Əqidə məsələlərində şirk, bir neçə hissəyə bölünür:

1- Allahın, Allahlğına şərik qoşmaq: Allahdan başqa bir varlığa inanmaq ki, Allahda olan bütün sifətlər müstəqil olaraq ona nisbət verilsin.

2- Xaliqliyinə şərik qail olmaq: Aləm üçün iki ayrı xaliqə əqidəli olmaq.

3- Rəbbin varlığına şərik qail olmaq:

Bu cür bir əqidəyə sahib olmaq ki, müstəqil və çoxlu Allahlar varlıq aləmin tədbirlərin həyata keçirilməsində hər birinin ayrı- ayrılıqda rolu vardır.

Əməldə şirkə qail olmaqda iki hissəyə bölünür: Aşkarda şərik qail olmaq və gizlində şərik qail olmağa bölünür və özünəməxsus hökümləri vardır ki, fiqh və kəlam (əqidə) elmlərində bəhs olunur. Allah- Taala yanında, şirkin bütün hissələri, haqq yolu azmaq və Allah Taalaya qarşı böyük zülm hesab olunur və Allah dərgahında bağışlanmazdır.

Bu gün bəzi məzhəblər bu məsələni (şərik qoşmağı) başqalarının insanların yolunu azmasına səbəb olan hiylələri kimi adlandırırlar və hər zaman və hər an özlərini dəlil və istidlal gətirməkdə zəif görürlər başqalarına şirklə töhmət vururlar. Əlbəttə ki, bu İslamdan kənar və əxlaqdan uzaq olan bir işdir. Əlbəttə İslam dininin alimləri bütün onların suallarının və şübhələrinin cavablarını vermişdirlər.
Allah sizə yar olsun.

1356 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber