Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2014

İşğalçı İsrail Qəzzaya 6 miyard dollar ziyan vurdu

İşğalçı İsrailin Fələstinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar regionda çoxsaylı dağıntılara səbəb olub. Fələstin lideri Mahmud Abbas Aralıq dənizi sahilində yerləşən anklavı fəlakət bölgəsi adlandırıb və Birləşmiş Millətlər Təşkilatını müharibənin fəsadlarını aradan qaldırmaq üçün addımlar atmağa çağırıb.

Qəzzanın Şuacə rayonu ən çox dağıntıya məruz qalan bölgədir. Burada, məlumata görə, azı 1000-dən çox bina dağılıb. Nəticədə 10 mindən çox insan evsiz qalıb. Qəzzanın yenidən bərpası üçün 6 milyard dollarlıq büdcəyə ehtiyac var.

Hazırda İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs rejimi davam edir. Atəşkəsin bu gün erkən saatlarda başa çatacağı gözlənilir. Bir qədər əvvəl tərəflər 72 saatlıq atəşkəsə razılıq vermişdilər. Qəzzalılar bir tərəfdən atəşkəsin uzun müddətli olacağına ümid etdiyi bir vaxtda, digər tərəfdən BMT məktəblərinə sığınmağa davam edirlər.

İşğalçı İsrail hökuməti atəşkəsin uzadılmasına dair istəyini bildirsə də, HƏMAS qarşı tərəflə ümumi razılığa gəlmək (Qəzzanın mühasirədən azad olunması) üçün əsasın olmadığını deyib.

Fələstin rəhbərliyi bir ay davam edən qarşıdurmalar zaman azı 1900 nəfərin öldüyünü, ölənlərdən 400-ünün azyaşlı olduğunu məruzə edib.
1396 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 18:04