Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2014

HƏMAS: “Atəşkəsin uzadılmasından imtina edirik”

HƏMAS İsraillə əldə olunan 72 saatlıq atəşkəsi uzatmaq niyyətində deyil.

Bu barədə Frans-Press agentliyi hərəkatın iki yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb.

“Bizim öz mövqeyimiz var. Atəşkəsin uzadılmasından imtina edirik və bu bizim qəti qərarımızdır”, - deyə HƏMAS nümayəndələrindən biri bildirib.

Fələstinin “İslami cihad” hərəkatının liderlərindən biri də HƏMAS-la eyni fikirdə olduqlarını bildirib. Onun sözlərinə görə, atəşkəsin bundan sonra uzadılması inandırıcı deyil.

Qeyd edək ki, üçgünlük atəşkəs razılaşması bu gün bitsə də, tərəflər onun uzadılması ilə bağlı qərara gəlməyiblər.
1450 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber