Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2014

Arıqlamaq istəyənlər gül kələmi yesin

Amerikalı pəhriz mütəxəssisləri müəyyən ediblər ki, gül kələmin tərkibində insan orqanizmi üçün zəruri olan vitaminlərin və mikroelementlərin demək olar ki, hamısı vardır. Tabloid.az Rusiya mətbuatına istinadən xəbər verir ki, gül kələm orqanizm tərəfindən tamamilə həzm edildiyinə görə, insan bu tərəvəzdən bütün vitamin və mineral kompleksini qəbul edir.

Gül kələm maddələr mübadiləsini yaxşılaşdırır, immun, həzm və ürək-damar sisteminin işini normallaşdırır, əsəbləri möhkəmləndirir.

O, həm yaşlılar, həm də uşaqlar üçün faydalıdır. Cəmi 50 qram gül kələmin tərkibində C vitaminin gündəlik norması vardır.

Onun tərkibində A və B vitaminləri, həmçinin kalsium, fosfor, dəmir, maqnezium və alma turşusu da vardır.
Kalori dəyəri aşağı olan gül kələmin tərkibindəki tartron turşusu piyləri yandırmağa kömək edir. Pəhriz mütəxəssisləri arıqlamaq istəyənlərə gül kələm yeməyi tövsiyə edirlər.
1618 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:44