Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2014

Metrostansiyada Azərbaycan dilinə hörmətsizlik...- Foto

Vətəndaş metropoliten rəhbərliyinə müraciət etdi

Metroplitendə necə deyərlər, köhnə hamam, köhnə tasdır. Tağı Əhmədovun gedişiylə bu yeraltı dünyada bir çox dəyişikliklər olsa da o şeylərin ki, dəyişilməsi zəruri idi və sərnişinin rahatlığını təmin edəcəkdi, onu etmək kimsənin yadına da düşmədi. Nə metro stansiyalarında istidən nəfəs almaq olur, nə qatar vaqonlarında. İnsanlar özlərini ölüm kameralarındakı kimi köməksiz hiss edirlər. vay o gündən ki, təsadüfən qəza baş verə və işıqlar sönə, bu zaman hansı fəsadların yaşanacağını təsəvvür etmək çətin deyil.
Acınacaqlısı odur ki, hər yerdən qazanc götürməyə adət etmiş məmurlar metropolitenin qazancla deyil, dövlət dotasiyasıyla işlədiyini bəhanə edib məmləkət insanının istidən boğulmasına göz yumurlar. Amma onlar unudurlar ki, bütün dünyada hökumət xalq üçün işləyir, xalq hökumətin harın məmurları üçün yox...

Oxucu metronun "Memar Əcəmi" stansiyasının çıxışında kiril əlifbasıyla Azərbaycan və rus dillərində divara vurulmuş lövhələrin fotolarını göndərərək metropoliten rəhbərliyindən soruşur ki, büdcələrində bunu latın dilində yazaraq yeni lövhə hazırlanmasına vəsait yoxdursa, o bunu öz cibindən verməyə hazırdır. Yetər ki, Azərbaycan dilinə hörmət qoyulsun...


/moderator/
1448 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:22