Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2014

Monitor qarşısında çay, su, qəhvə içmək olmaz

Mütəxəssislərin tövsiyə etdikləri qaydalara əməl etmədikdə kompüterin insan sağlamlığına vurduğu ziyan hamımıza məlumdur.

Monitor qarşısında saatlarla əyləşənlərin fasiləsiz iş rejiminin sağlamlıq üçün yaratdığı problemlər haqqında da kifayət qədər məlumatlıyıq. Bu sahə üzrə tədqiqat aparan alimlərin əldə etdikləri yeni nətəcələr isə yeni təhlükələrdən xəbər verir.

Günlərinin əsas hissəsini kompüter qarşısında keçirən insanların əksəriyyətində eyni bir vərdiş var. Monitor qarşısında çay, su, qəhvə içmək, hətta qidalanmaq. Yeni təhlükələr də məhz bu vərdiş sahiblərini gözləyir.

Mütəxəssislər eyni mənbədən götürülmüş suyu adi halda və kompüter qarşısında bir müddət qaldıqdan sonra molekulyar analiz ediblər. Tədqiqatdan sinra fərqli nəticələr əldə olunub. Məlum olub ki, monitor qarşısında kiçik bir müddət qalan suyun tərkibi dəyişilib və həmin tərkib insan orqanizmi üçün kifayət qədər təhlükə yarada bilər. Elektromaqnit şüalardan qaynaqlanan su dadını dəyişməsə də, strukturunu dəyişir və bu sudan istifadə edən insan onun fərqini hiss edə bilmir. Məsələ burasındadır ki, həmin suyun ziyanı qısa bir zamanda özünü biruzə vermir. Mənfi təsir uzun müddətdən sonra orqanizmdə xoşagəlməz problemlərlə üzə çıxır.

Həmçinin alimlər işlək vəziyyətdə olan kompüterin qida məhsullarına da mənfi təsirini vurğulayıblar.

Bununla bağlı mütəxəssislər istər müxtəlif içkiləri, istərsə də qida məhsullarını kompüterdən üzaq saxlamağı tövsiyyə edirlər. O ki, qaldı monitor qarşısında hansısa bir içkini qəbul etməyə, yaxud qidalanmağa bu, ümumiyyətlə sağlamlıq üçün yolverilməz haldır. Əgər çay və qəhvə içmək istəyirsinizsə, yaxud nə isə yemək fikrinə düşmüsünüzsə, bu, kompüterdən bir müddət aralanmaq üçün ən yaxşı bəhanələrdən biridir. Bununla siz həm sağlamlığınızın qayğısına qalarsınız, həm də istifadə etdiyiniz qida məhsullarını kənar təsirlərdən qorumuş olarsınız.
1482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber