Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2013

YAP Cəmil Həsənlini məhkəmə ilə hədələdi

Gülağa Aslanlı: “Bəyanat verməsinlər, məhkəməyə müraciət etsinlər, nəticəsini görsünlər”; Cəmil Həsənli: “Belə bir niyyətləri varsa, buyursunlar”
“Prezident seçkiləri zamanı dövlət başçısının ünvanına səslənən təhqiramiz ifadələrə yaxın zamanlarda hüquqi qiymət veriləcək”. Bunu AzNews.az-a açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O iddia edib ki, seçki prosesi zamanı prezident İlham Əliyevin ünvanına geniş auditoriyada müxalifətdə olan bəzi partiyaların, o cümlədən Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli tərəfindən təhqiramiz sözlər səslənib.


S.Novruzov onu da qeyd edib ki, bu məsələyə hüquqi qiymətin verilməsi ilə bağlı proses gedir və zəruri bilindiyi vaxt ictimaiyyətə məlumat veriləcək. YAP-çı deputat Milli Şuranın bundan sonrakı fəaliyyəti və İctimai Palatanın taleyi ilə bağlı da danışıb. Onun sözlərinə görə, həm İctimai Palata, həm də Milli Şura faktiki olaraq fəaliyyət göstərmir: “Seçki prosesi zamanı bu qurumların fəaliyyəti bu təşkilatların gələcəyinin necə olacağını aşkar etmişdi. Bundan sonra onlar haqda danışaraq vətəndaşlarımızın əhvalını pozmaq niyyətində deyiləm. Sadəcə onu deyim ki, hər iki qurum ölüb”.

Cəmil Həsənli bu barədə Axar.aza açıqlamasında deyib ki, S.Novruzovun açıqlamasından narahat deyil: "Məhkəməyə müraciət etmək hər kəsin hüququdur. YAP məni məhkəməyə vermək istəyirsə, buyursun. Mənim cavabım yalnız ondan sonra ola bilər".

Seçkilər dövründə C.Həsənlinin MSK-da səlahiyyətli nümayəndəsi olmuş Gülağa Aslanlı isə dedi ki, S.Novruzov bu cür bəyanatlar verməkdənsə, məhkəməyə müraciət etsə, yaxşıdır: “Buyursunlar, müraciət eləsinlər. Sadəcə bu yolla Cəmil Həsənlini və onu dəstəkləyən insanları qorxutmaq, onları təzyiq altında saxlamaq istəyirlər. Bunun üçün də heç bir hüquqi baza, hüquqi əsas yoxdur. Cəmil bəyin seçki kampaniyası dövründə söylədiyi fikirlərinin üzərində durduğunu bildirib və şübhə etmirəm ki, yenə də o fikirdədir.

Buyursunlar, məhkəməyə müraciət etsinlər və fikirlərini əsaslandırsınlar”. G.Aslanlı əminliklə bildirdi ki, belə bir məhkəmənin heç bir hüquqi perspektivi yoxdur və hər hansı hüquqi nəticə verməyəcək: “Amma bu hakimiyyət bu yolla nələrsə etməyi planlaşdırırsa, buyursun, eləsin”. G.Aslanlı seçki prosesində səslənən fikirlərə görə məhkəmə davası açılmasının heç bir hüquqi əsasının olmadığını bir daha vurğuladı: “Cəmil bəy söylədiyi fikirlərin heç birində kiminsə şəxsiyyətinin təhqir olunmasına yönəlik məqamlar yoxdur. Sadəcə olaraq YAP təmsilçiləri gündəmi dəyişmək istəyir. Əsas diqqəti seçki saxtakarlıqlarından yayındırmağa çalışırlar. Amma bu yol onlar üçün o qədər də asan başa gələn yol olmayacaq. Buyursunlar, davam eləsinlər. Bəyanat verməsinlər, məhkəməyə müraciət etsinlər, nəticəsini görsünlər”.
1988 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 1