Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2014

İŞİD-nin “maliyyə naziri” oğurluq edərək qaçıb

İslam Dövləti (İŞİD) təkfirçi qruplaşmanın "maliyyə naziri" elan edilən şəxs 20 milyard dinar oğurlayaraq qaçıb.

İnterAz Farsnews-a istinadən verdiyi məlumata görə, İŞİD radikal qruplaşmasının mövqelərinə ciddi zərbələrə məruz qoyub. Son günlərin əməliyyatlarında qruplaşma ağır itkilərlə üzləşib. Təkfirçi qrupa mənsub döyüşçülər İraqın Həmdaniyyə ərazisində itkilər verərək geri çəkilməyə məcbur olublar.

Münaqişə zonasından gələn xəbərlərə görə, silahlılara qarşı artilleriya və qumbaraatanlardan istifadə edilib. İŞİD-in “maliyyə naziri” olduğu bildirilən Əbu Cəfər əl-Səbavi milyardlarla İraq dinarını mənimsəyərək ölkədən qaçıb. Onun harada gizlənməsi barədə məlumat yoxdur.

Bildirək ki, nazirlərinin 20 milyard dinarı oğurlayıb qaçmasından sonra döyüşçülərdə ruh düşkünlüyü yaşanıb və ələ keçirdikləri mövqeləri tərk etməyə başlayıblar.
1445 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber