Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2014

3 uşaq anası tövlədə yaşayır

Masallı rayonunun, Xırmandalı kənd sakini Gülsənəm İmanova 2001-ci ildə 20 yaşında həmkəndlisi Həmid Ataşovla ailə həyatı qurub.

Bu izdivacdan 3 övladları dünyaya gəlib. Ötən il tərəflər arasında münasibətlərin pozulması boşanma ilə nəticələnib. Yoldaşı başqa qadınla evlənib Bakıda məskunlaşsa da, 14 ilin gəlini iddiasına görə yaşadığı evindən qovulub.

Gülsənəm İmanovanın sözlərinə görə, mən ayrılandan sonra qaynatamla-qaynanam gəldi yaşadığm evdən 14 ilin gəlinini atdılar küçəyə: “Bir ildir bu tövlədə qalıram. Məhkəmə mənə ev kəsib, xahiş edirəm, məni evlə təmin etsinlər”.

Gülsənəm İmanova deyir ki, bir ildir ki, yaxınlarının, kənd icra nümayəndəliyinin yardımı və günəmuzd işləməklə balalarını birtəhər saxlayır. İki uşağına görə ərindən aliment də alır. Ər evi tərəfindən ondan alınan 12 yaşlı qızına qovuşmaq üçünsə, ana bütün əlaqədar qurumlardan yardım diləyir.

Gülsənəm İmanova qeyd edir ki, xahiş edirəm, mənim övladımı mənə qaytarsınlar. Mənim qaynım mənə deyir ki, gəl gedək məhkəmədə təsdiq elə aliment istəmirsən, uşağını qaytaraq sənə. Onu da edərəm, bircə balamı qaytarsınlar mənə”.

Ədliyyə Nazirliyinin Masallı rayon icra bölməsindən bildirdilər ki, Masallı rayon məhkəməsinin 13 noyabr 2013-cü il tarixli qətnaməsilə Gülsənəm İmanovanın 3 azyaşlı uşağı ilə birlikdə vaxtı ilə yaşadığı evə köçürülməsi bu ilin iyul ayında icra edilməli idi.

Lakin borclu tərəf icraata başlamaq haqqında qərardan Şirvan inzibati-iqtisadi məhkəməsinə şikayət verdiyindən köçürülmə dayandırılıb. Məhkəmə həmin qərarla bağlı yekun qərar qəbul etdikdən sonra icraatı davam etdiriləcək. Hələlik isə yaşayış evi boş saxlansa da, iki uşaq anası tövlədə yaşamağa məhkumdur./ans/
1206 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi