Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2014

35-40 manat borca görə işıqları kəsirlər

Ermənistanla sərhəd kənddə...

Sərhəd kəndlərində əvvəllər ancaq təmas xəttinə yaxın evlər üçün olan təhlükə indi ətrafda yaşayanları da sarıb. Iri çaplı güllələrinin evlərin dam örütüyünə dəyib necə alov çıxarması açıqca görünür. Tovuzun Koxanəbi kəndində axşam saatlarında sakinlərin həyətində közərti belə görünmür. Hamıÿqarşı tərəfin hədəfinə çevirilməsin deyə işığı söndürür.

Alovlu güllələr təkcə, evləri, məktəbləri, maşınları deyil canlıları da hədəf seçir. Hələ ötən ay Koxanəbidə mal-qara tövləsi atəşə tutulub. 2 inək ölüb. Mal qarası öldürülənÿElşən Tağıyevin gileyi isə dinc dövrdə belə işıqdan məhrum edilmələridir. Danışır ki, belə ağır şəraitdə yaşasalar da 35 manat borca görə, rayonun enerci idarəsi sayğacını möhürləyib.

“Qaranlıqda qalırıq”

“Sayğacımız var, bax burdadır. Deyirəm, imkanım yoxdur, olanda ödəyərəm. Deyir, ondaÿkəsəcəm işığınızı. Adam gətirib rayondan işığımızı kəsiblər. Deyir, pul vermirsən. Maraqlanan yoxdur ki, bu adamın evini güllə dağıdıb, heyvanı ölüb. Amma işıq pulu vermirsən deyə enerjini kəsirlər. Hazırda işıq yoxdur, qaranlıqda qalırıq”.

Elşən Tağıyev deyir ki, kreditlə aldığı və Ermənistan hərbiçilərinin gülləsindən ölən mal-qarası üçün ona aidiyyəti qurumlar heç bir konpensasiya verməyiblər.

Koxanəbinin başqa sakiniÿ Səltənət Abbasova isə 2 mərtəbəli evində tək yaşayır. Deyir ki, yoldaşı vəfat etdikdən sonra çətin şəraitə dözməyən 5 övladından biri belə kənddə qalmayıb. Kimisi xarici dövlətlərə iş üçün üz tutub, kimisi isə aşağı kəndlərə, rayon mərkəzinə köçüb. Ancaq o yaşının 80-ni haqlamasına baxmayaraq gəlin köçdüyü bu evi atıb getmir. 68 manat təqaüdü ilə təkcə dolanmağa çalışır. O da gileylənir ki, dinc dövrdə istifadə etdiyi enerjinin pulunu ödəyə bilmir. Deməsinə görə, elə olub ki, tək və qaranlıqda yaşayaraq növbəti təqaüd vaxtını gözləyib.ÿIşıqsız qalan başqa bir sakinÿ Rəhim Əsədov isə bildirir ki, belə çətin şəraitdə yaşayanlara heç olmasa enerji və mavi yanacağa görə güzəştlər edilməlidir.

“Imkanımız yoxdur, işləyə bilmirik”

“Bax imkanımız yoxdur, işləyə bilmirik. Gəlir işıq pulu istəyir, verə bilmirik, kəsir, çıxır gedir. Deyirlər, yaxşı edirik, yaşaya bilmirsiz, çıxın gedin. Əsas odur ki, pul verin. Hər axşam da atışmadır. Meşələrin, talaların kənarında yaşayırıq...”

Koxanəbi icra nümayəndəsiÿ Nəsib Hüseynovÿ deyir ki, kənddə mütəmadi olaraq atışma olsa da sosial vəziyyət o qədər də pis deyil. Icra nümayəndəsi qeyd edir ki, atışma baş verəndə dəyən zərəri Fövqəladə hallar komissiyasın qeydiyyata alır və Nazirlər Kabinetinə göndərirlir.ÿCavabı gözləmək lazımdır.

Güzəşt yoxdur...

Rayonun Qaz Istismarı və Enerji satışı Idarəsindən də bildirdilər ki, sakinlərə hansısa güzəştdən söhbət gedə bilməz. Kim sayğacdan istifadə edirsə, yaşadığı yerdən və şəraitdən asılı olmayaraq ödəniş etməlidir.

Iqtisadi Təşəbbüslər Mərkəzinin rəhbəri ÿQubad Ibadoğlu ÿisə deyir ki, ucqar kəndlərdə və müharibə şəraitində olan ərazilərdə güzəştlər zəruridir. Onun fikrincə, Azərbaycanın büdcəsi belə insanları kommunal xərclərindən azad etməyə imkan verir.

Tovuzun Ermənistanla sərhəd kəndlərində - Koxanəbi və Əlibəylidə isə ÿhəyatlarını təhlükə və sosial şəraitsizlik içində keçirən 5 min nəfərdən çox sakin yaşayır./azadlıq/
1388 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi