Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2014

Repressiyalar hakimiyyətə nə vəd edir?

Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətinə qarşı repressiv siyasəti davam etməkdədir. Hüquq müdafiəçisi Anar Məmmədlinin həbsi ilə başlayan sonuncu hücum dalğası Leyla və Arif Yunusların həbsi ilə davam etdi. Bu istiqamətdə ən son yenilik isə daha bir tanınmış hüquq müdafiəçisi Intiqam Əliyevin saxlanmasıdır.

Açıq görünür ki, hakimiyyət onun real siyasətini, korrupsioner mahiyyətini, saxta seçkilər keçirməsini beynəlxalq aləmdə ifşa edən təşkilat rəhbərlərini bir-birinin ardınca aradan götürür. Əgər Anar Məmmədli hakimiyyətin seçki saxtakarlıqlarını ifşa edirdisə, Leyla Yunus və Intiqam Əliyev isə insan haqları ilə bağlı Azərbaycan hakimiyyəti barəsində beynəlxalq rəydə düzgün imic formalaşdırılmasında böyük əmək sərf edirlər. Maraqlıdır ki, Avropa Şurasındakı son toplantıdan sonra Azərbaycan hakimiyyətinin demokratik düşərgəyə qarşı təzyiqləri daha da artıb. Hakimiyyət beynəlxalq aləmin ondan tələb etdiklərinin əksinə olaraq vətəndaş cəmiyyətinə qarşı repressiv addımlarını daha da gücləndirməkdədir. Maraqlıdır ki, iqtidar bu siyasətində özünü tam arxayın hesab edir. Bu arxayınçılıq nədən qaynaqlanır və yürüdülən siyasətin hansı fəsadları ola bilər?

Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli bildirdi ki, baş verənlər heç bir halda vətəndaş cəmiyyətinin inkişafına xidmət etmir. Azərbaycandan demokratik islahatlar gözləntisi olduğu bir müddətdə bu ümidləri alt-üst edən addımlar atıldığını deyən G.Hacıbəyli bildirdi ki, son dövrlər demokratik düşərgəyə qarşı aqressiya daha da yüksəlib: “Anar Məmmədlinin, Leyla və Arif Yunusun, Intiqam Əliyev Azərbaycan vətəndaş cəmiyyətinin tanınmış şəxsləridir. Bu həbslər nəinki Azərbaycan cəmiyyətində ciddi etiraz doğurur, beynəlxalq aləmdə də sərt etirazla qarşılanıb. Nüfuzlu beynəlxalq təşkilatlar artıq baş verənlərlə bağlı mövqelərini açıqlayıblar. Bu addımlar ölkənin imicinə təsir vuran proseslərdir. Bütün bu proseslər Azərbaycanın Avropa Şurasına sədrlik etdiyi dönəmdə baş verir”.

Hakimiyyətin yürütdüyü siyasətin regionda yaranan geosiyasi durumdan irəli gəldiyini düşünən G.Hacıbəyli vurğuladı ki, Azərbaycan Qərblə Rusiya arasında gedən qarşıdurmanın predmetinə çevrilməkdədir: “Qərbin başının Ukraynaya qarşıdığı bir dönəmdə vətəndaş cəmiyyətinə qarşı bu cür basqılar həyata keçirilir. Amma eyni zamanda o da nəzərə alınır ki, Ukraynadan sonra Rusiya Qərb qarşıdurmasının əsas mərkəzi Cənubi Qafqaz olacaq. Avropa Birliyi Cənubi Qafqazın hər üç ölkəsinin Avropa məkanının bir hissəsi olmasında maraqlıdır. Ermənistan Avrasiya Ittifaqınını, Gürcüstan Avropa Birliyini seçsə də Azərbaycan hələ də mövqeyini müəyyən etməyib. Ona görə də Ukraynadakı savaşı uduzan Rusiya Azərbaycan hakimiyyətinə ciddi basqılar edir. Cəbhədə baş verən son insident də bu təzyiqin tərkib hissəsidir. Azərbaycan hər cür yol ilə Gömrük Ittifaqına çəkilməyə çalışılır. Belə olan halda Qərblə fəal əməkdaşlıq edən QHT-lərin susdurulması hakimiyyətin əsas hədəfidir”.

Hakimiyyətin bu siyasətinin hələ davam edəcəyinin göründüyünü deyən G.Hacıbəyli vurğuladı ki, AB-nın növbəti sammitinə qədər Rusiya Azərbaycanı öz tərəfinə çəkməyə çalışacaq./azadlıq/
1298 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:16
Türkiyədəki dəh