Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2014

Ermənilər 16 yaşlı məktəblini yaraladılar

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycanın daha bir dinc sakinini yaralanıb.

Ağstafa rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Ermənistanla sərhəddə yerləşən Köhnə Qışlaq kəndi ərazisində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində kənd sakini, 16 yaşlı Kamran İmran oğlu Tağıyev güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Polisdən həmçinin bildirilib ki, K. Tağıyev 10-cu sinif şagirdidir./apa/
1400 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 16:51