Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2014

Sual.nur-az.com-da günün sualı

Ümumi

Sual:
Salam. 1)Məscidə gedərkən ölən şəhid sayıla bilərmi? 2)Şəhid kimlərə deyirlər? Ətraflı cavab yazardınız.
Bismillahir-rəhmanir-rəhim.

Cavab:
Əleykumus-salam.

Şəhidin geniş mənası var. Şəhidlik ilahi bir məqamdır ki, bu məqama Allah yolunda canından keçməklə nail olmaq olaq. Şəhid xüsusi mənada cihad meydanında Peyğəmbər (s), məsum imam ya imamın xüsusi naibinin hüzurunda öləndir. Belə ölən insanlar şəhid hökmündədir (öz qanlı paltarı ilə qüsulsuz və kəfənsiz basdırıla bilər), bəzi ölənlər isə şəhid hökmündə yox bəlkə şəhidin mükafatı və savabında olar. Bu mənada şəhid o kəsdir ki, öz dini və əqli vəzifəsini yerinə yetirdiyi halda ölə. Hədislərdə şəhid mükafatında olanların bəzi nümunələri qeyd olunub.
«Zülmü aradan qaldırmaq yolunda öldürülən şəxs şəhiddir».
«Dəstəmazlı yatan halda ölmü çatan insan şəhiddir».
«Ali-Mühəmmədin sevgisi ilə ölən kəs şəhiddir».
«Elm öydənmək yolunda ölən şəhiddir». və s....
Məscidə gedən halda ölən şəxsdə ümumi mənada şəhid savabında ola bilər.

Allah sizə yar olsun.

1553 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP