Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2014

İŞİD xristian uşaqların başlarını kəsir

Bir müddət öncə İraqın xristianlar yaşayan Qaraquş şəhərini ələ keçirən İŞİD-in burada da qırğınlar törətdiyi bildirilir.

Bunu CNN kanalına müsahibəsində “İraqda soyqırımı bitirmə” adlı qrupun üzvü Mark Arabo deyib. O, İŞİD-in Qaraquş şəhərində yaşayan xristian uşaqların başlarını kəsərək edam etdiyini açıqlayıb. Mark Arabo uşaqların xristian olduqları üçün başlarının kəsildiyini, qadınlara isə təcavüz edildiyini deyib.

Onun sözlərinə görə, 300 min xristian İŞİD-dən canını qurtarmaq üçün qonşu bölgələrə qaçır.

Qeyd edək ki, İŞİD Qaraquş şəhərini işğal edərkən ilk olaraq burada yerləşən xristian kilsələrindən xaçları endirərək öz bayrağını asıb.
1433 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38
DOLLAR 1,80 MANA