Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2014

Sədr hərəkatı liderindən Bağdadla bağlı həyəcan təbili

Seyid Müqtəda əs-Sədr təkfirçi qrupların Bağdada hücum etməyə hazırlaşdıqlarını bildirib

İraqda Sədr hərəkatının lideri cümə günü etdiyi çıxışında paytaxt Bağdadla bağlı narahatlığını ifadə edib.

İnterAz əl-Ərəbiyyəyə istinadən bildirir ki, İraqın ən nüfuzlu şiə dini liderlərindən biri olan Müqtəda əs-Sədr bəyan edib ki, İslam Dövləti (İŞİD)-nə mənsub təkfirçi silahlılar paytaxt Bağdad ərazisinə qəfil hücuma hazırlaşır:

“Bəzi terrorçu qruplar Bağdada daxil olmaq üçün hərbi hazırlıqlarını artıq yekunlaşdırıblar. Biz də öz növbəmizdə şəhərin müdafiəsinə hazrıq. Hər hansı müdaxilə ehtimalına qarşı hakimiyyətlə bir yerdə çalışmağa və qüvvələrimizi səfərbər etməyə hazırıq.”

Məlumat üçün bildirək ki, seyid Müqtəda əs-Sədr bu ilin iyun ayında təkfirçi qruplaşmaların İraq ərazisinə silahlı basqınından sonra “Sərayə əs-Səlam” (Sülh briqadası) adlı hərbi ittifaq yaradıb. Həmin ittifaqın sabiq “əl-Məhdi” ordusunun üzvlərindən təşkil edildiyi bildirilir.
1393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...