Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2014

Müharibə zonasını tərk edən yəhudilər bir də geri qayıtmır

Qəzzaya yaxın ərazilərdə məskunlaşan yəhudi ailələr evlərini tərk edirlər

Yəhudi ailələri yaşadıqları evləri tərk edirlər.

İnterAz – ın PressTV-yə istinadən məlumatına görə, İsrailin Qəzza zolağı boyunca sərhəd ərazilərində məskunlaşan yəhudi ailələri yaşadıqları evləri tərk edirlər. Son bir neçə həftə ərzində yəhudi məskunlar bölgənin təhlükəli olmasını əsas gətirərək tərk etdikləri evlərə geri qayıtmaqdan çəkinirlər.

Bu barədə “the Los Angeles Times” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, uzun müddət turistlərin sıx ziyarət etdiyi zona olan Neqev səhrasında yaşayan yüzlərlə ailə həmin əraziləri tərk edib. Sakinlər arasında keçirilən sorğunun nəticəsinə görə, onların 21 faizi bir daha geri qayıtmamaq şərtilə yaşadıqları evlərdən çıxıb gedirlər.

İsrail ordusunun HƏMAS-la atəşkəs razılaşmasından sonra sakinlərə öz evlərinə geri dönmələri tövsiyə edilsə də, həmin ərazilərin bir qismi hələ də boş qalıb.
1318 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber