Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2013

Üzeyir Cəfərova vəzifə təklif olundu

Üzeyir Cəfərov: «Müdafiə Nazirliyindən mənə vəzifə təklif olunub və düşünürəm ki, silahlı qüvvələrə fayda verə bilərəm»

Müdafiə Nazirliyində istefalar davam edir və yeni nazir Zakir Həsənov öz komandasını formalaşdırmağa start verib. Mətbuatda yayılan məlumatlarda bildirilir ki, Zakir Həsənov komandaya ehiyatda olan polkovnik-leytnant Üzeyir Cəfərovu da dəvət edib. Üzeyir Cəfərov isə hələ ki, konkret fikir bildirməyib və bəzi tərəddüdləri var.
Deyilənlərə aydınlıq gətirmək üçün Üzeyir Cəfərovla əlaqə saxladıq. Üzeyir Cəfərov bildirdi ki, həqiqətən yeni komandada yer almaq üçün ona təkliflər gəlib, ancaq hələ ki, gözləmə mövqeyindədir: “Müdafiə Nazirliyinin səlahiyyətliləri adından mənimlə danışıq aparılıb və orduya qayıtmaq istəyimlə bağlı fikrimi öyrəniblər. Mən də bildirmişəm ki, özümü Azərbaycan sialhlı qüvvələrinə fayda verə biləcək vəziyyətdə hiss edirəm və peşəkar zabit, 3 diplomlu hərbi jurnalistəm. Mənim bilik və bacarığımdan istifadə etmək istəsələr xidmətə qayıda bilərəm. Hesab edirəm ki, ölkə mətbuatı ilə nazirlik arasında normal işgüzar münasibətlərin yaradılmasına nail ola bilərəm. Sadəcə olaraq gözləmə mövqeyi tuturam və komandanın necə formalaşdığını müşahidə etmək istəyirəm. Təbii ki, qeyri-peşəkar komandayla işləmək istəməzdim. Digər məsələlər də var ki, gözləməyi tələb edir. Mən nazirlikdə yüksək posta iddialı deyiləm. Sadəcə olaraq öz ixtisasım üzrə işləmək istiyərdim. Mən indiyə qədər müxtəlif vəzifələrdə çalışmışam və özümü peşəkar hesab edirəm. Mənim nazirlikdə işlədiyim dövrdə, Müdafiə Nazirliyi bu qədər tənqid olunmurdu. Çünki, mətbuatla sıx əlaqələrimiz var idi, ictimaiyyətə şəffaf məlumat verirdik. Hesab edirəm ki, son illər nazirlikdə informasiya sahəsində xeyli boşluqlar yaranıb. Hələ ki, konkret bir söz deyə bilmərəm, hər şey yaxın günlərdə bəlli olacaq” . (azadliq.info)
2285 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat