Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2014

Əli Kərimlidən hökumətə öldürücü ironiya

Hakimiyyətə bağlı mediada tez-tez insanların guya müxalifətin sıralarını tərk edərək YAP-a qoşulduğu, Əliyevlər hakimiyyətinin "uğurlu siyasətini anlayıb", mövqeyindən imtina etdiyi təssüratını yaratmaq üçün saxta bəyanatlar yer alır. Son günlər belə bəyanatlar bir neçə dəfə AXCP ilə bağlı təkrarlaınb. Həbsxanadan kimlərsə bu partiyaya aidiyyatları olmadığı halda, AXCP-dən istefa verdikləri barədə bəyanatlar yayıblar. AXCP sədri Əli Kərimli belə vəziyyətlərlə bağlı özünün Facebook səhifəsində ironiya ilə bir status paylaşıb. Əli Kərimli yazır:

"AXCP hansısa səbəblərdən həbs olunmuş vətəndaşlarımıza yeni xidmət :) təklif edir.
Әgər şeytan sizi yolunuzdan çıxarıbsa, cinayət törətmisinizsə, rüşvət verərək həbsdən qurtarmağa pulunuz olmayıbsa, özünüz də azadlığa çıxmaq istəyirsinizsə, fikir etməyin, biz sizə kömək edərik. Saxlandığınız həbsxananın rəisi vasitəsilə "dövlətçiliyin keşiyində əmrə müntəzir olan" mətbuata AXCP üzvlüyündən çıxıb, YAP-a üzv olduğunuz barədə bəyanat göndərin. AXCP üzvü olmadığınıza görə narahat olmayın, bizim partiyadan "çıxmaq" üçün ona üzv olmaq vacib deyil. Әgər azadlığa çıxmağa çox tələsirsinizsə, partiyanın və şəxsən mənim ünvanıma bir-iki ağız böhtan da deyə bilərsiz. Narahat olmayın, bu ölkədə böhtan deyənlər, şər atanlar, həmin şəri tirajlayanlar özlərini çox mötəbər adam sayırlar və qətiyyən əməllərinə görə utanmırlar. Odur ki, siz də utanmadan yeni xidmətimizdən istifadə edə bilərsiniz".
1497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP