Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2014

Dua edən müştərilərə 15 faiz endirim

ABŞ-ın Şimali Karolina ştatında yerləşən "Mary’s Gourmet Diner" restoranının sahibi yeməkdən əvvəl dua edən müştərilərə qiymətdə 15 faiz güzəşt edir.

Müəssisənin sahibi Meri Xaqlund deyir ki, əslində güzəşt həmişə tətbiq edilmir. Bu, personalın qərarından asılı olur.

Xaqlund bildirib ki, bu praktika yeməkxanada artıq 4 ildir mövcuddur. Xaqlund qeyd edib ki, yeməkdən əvvəl dua edilməsini heç vaxt bir qayda olaraq tətbiq etməyib. Sadəcə, kimsə onun restoranımda yeməkdən əvvəl dua edirsə, o zaman güzəştlə yanaşı, minnətdarlığını bildirir.
1406 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP