Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2014

Əsgərimiz şəhid oldu

Azərbaycan Ordusunun əsgəri şəhid olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 9-da erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində saat 22.30 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu ərazisində, qoşunların təmas xəttində, Silahlı Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Ağsu rayonundan hərbi xidmətə çağırılmış əsgər Fətəlizadə Rüfət Nazim oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Bundan əlavə ötən gün erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində saat 19.45 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Gədəbəy rayonu ərazisində, qoşunların təmas xəttində, Silahlı Qüvvələrimizin 1993-ci il təvəllüdlü, Mingəçevir şəhərindən hərbi xidmətə çağırılmış əsgər Tağıyev Orxan Qalib oğlu düşmən tərəfindən açılan atəş nəticəsində yaralanıb.

Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti kafidir, həkimlərin nəzarəti altındadır.
1515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
Go to TOP