Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2014

Sarkisyan yenə hədələdi

"Mən hesab edirəm ki, münaqişə həll edilməlidir. Münaqişənin isə ATƏT-in irəli sürdüyü prinsiplər əsasında həlli mümkündür".

Bunu Ermənistan prezidenti Serj Sarkisyan Soçidə prezidentlərin üçtərəfli görüşündə deyib.

Serj Sarkisyan daha sonra Azərbaycanı ittiham edib:

"Azərbaycan tərəfi həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrindən söz açır. Azərbaycanın özü o qətnamələrin hansı maddələrini həyata keçirib? Ermənistan isə o qətnaməyə uyğun olaraq döyüş əməliyyatlarını dayandırıb. Biz əgər 1990-cı illərə qayıtsaq, deyə bilərik ki, o vaxtlar kiməsə yaxşı olub, kiməsə pis, bunları deməyin yeri yoxdur. Əgər yenidən bir-birimizi ittiham etsək, bu münaqişə öz həllini tapmayacaq".

Ermənistan prezidenti sonda görüşün təşkil edilməsi üçün Rusiya prezidenti Vladimir Putinə minnətdarlığını bildirib./ans/
1349 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP