Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2014

İşğalçı prezidentlər görüşdü

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Soçidə Dağlıq Qarabağ problemini müzakirə edirlər.

Görüş "Boçarov Ruçey" iqamətgahında keçirlir. Liderlərin görüşü Dağlıq Qarabağ ətrafında gedən döyüşlərdən sonra görüşün baş tutması zərurəti yaranıb.



Qeyd edək ki, bir gün əvvəl Rusiya Federasiyasının prezidenti Vladimir Putin hər iki ölkənin prezidenti ilə ayri-ayrılıqda görüşlər keçirib. Ötən axşam isə prezidentlər sambo üzrə beynəlxalq turniri izləyiblər. Şənbə günü keçirilən görüşlərdə İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin uzandığını və onun tezliklə həll edilməsini diqqətə çatdırıb. Serj Sarkisyan isə Azərbaycan tərəfini bölgədəki situasiyaya görə ittiham edib.

Bu gün isə Rusiya prezidenti Putin deyib ki, Azərbaycan prezidenti bu problemin sülh yolu ilə həll edilməsini söyləyir: "Bilirik ki, təmas xəttində son həftə ərzində baş verən gərginlik səbəbi ilə hər iki tərəfdən ölənlər olub. Əgər ürəkdən istək olsa, dondurulmuş bu problemi də yerindən tərpədib həll etmək olar. Bunun üçün istər Azərbaycan, istərsə də Ermənistan xalqının istəyi olmalıdır", - deyə V.Putin bildirib.

Rusiya Prezidenti Dağlı Qarabağ münaqişəsinin SSRİ-dən miras qaldığını xatırladaraq əlavə edib ki, biz hazırda qarşılıqlı etimad göstərərək bu problemi həll edə bilərik./ans/
1540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber