Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2014

Üç ərəb paytaxtı İranın əlindədir, dördüncü yoldadır

İran İslam Respublikası əleyhinə çıxışları ilə məşhurlaşmış, Ərəb Dünyasının siyasi məsələlər üzrə eksperti, küveytli Abdullah ən-Nəfisi özünün Twitter hesabında yayımladığı son statusunda bildirib: “Təəssüflər olsun ki, üç ərəb paytaxtı İranın əlindədir və dördüncü yoldadır.”

Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, o statusunun davamında ərəbləri “tısbağa” adlandırmış və yazmışdır: “Bağdad, Dəməşq və Beyrut İranın əlindədir. Səna İranın əlinə keçmək yolunda olan dördüncü paytaxtdır. Tısbağalar nə vaxt tərpənmək istəyirlər?!”

Bu anti-İran mövqeli ekspert deyib: 1981-ci ildən uğrunda çalışdığımız (Fars) körfəzi ölkələrinin vəhdəti ərəb xalqlarının xeyrinədir.

Abdullah ən-Nəfisi əlavə etdi: İran tərəfdən Ərəb Dünyasını işğal etmək planı 1979-cu ildən, yəni (İmam) Xomeyninin inqilabının qələbəsindən sonra başlamışdır. Lakin bu plan Səddam Hüseyn rejiminin süqutundan sonra reallaşmaq üçün böyük addım atmışdır.

O sonda yazmışdır: İranın Suriyanın daxili işlərinə və Suriya müharibəsinə qarışması, Bəşər Əsəd hökumətini himayə etməsi də bu planın bir hissəsi olmuşdur. Bu planın son addımı da, Yəməndə husilərin dəstəklənməsi olmuşdur! Bu Bəhreyn şiələrinin Ali-Xəlifə əleyhinə qıcıqlandırmasından ayrıdır.
1409 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı