Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2014

Bağdad 7 şiə silahlı qruplaşmasının əlində!

Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, Səudiyyə Ərəbistanına məxsus xəbər kanalı olan “əl-Ərəbiyyə” sionist rejim olan İsrailin Livan əleyhinə 33 günlük müharibəsi zamanı İsraili dəstəklədiyi üçün Hizbullah lideri Seyid Həsən Nəsrullah tərəfindən “əl-İbriyyə” adlandırılmışdı.
Bu kanal bir hesabat yayımlayaraq bildirib ki, İraqın paytaxtı Bağdad şəhəri 7 şiə silahlı qruplaşmasının əlindədir. Məlumatın tam mətni belədir:

Birdən çox cəbhədə müharibənin davam etməsi, İraq əhli-sünnə məclislərində İŞİD-in bəzi məntəqələrindəki siyasətlərinə qarşı qəzəb hissinin artması İraqda təhlükəsizlik məsələsinin hələ də böhran vəziyyətində qalmasına səbəb olmuşdur.

Bu arada bəzi mənbələr İraqın paytaxtı Bağdadda 7 silahlı şiə qruplaşmasının nəzarəti ələ aldığından xəbər verirlər. Bu addım İraq ordusu və təhlükəsizlik qüvvələrinin ölkənin şimalında İŞİD və radikal terrorçular qarşısında məğlubiyyətindən sonra gözlənilən hər bir hücumun qarşısını almaq məqsədilə atılmışdır.

Livanın “əl-Müstəqbəl” qəzeti bir iraqlı təhlükəsizlik məmuruna istinadən yazıb ki; 7 şiə silahlı qruplaşması Bağdadda öz mövqelərini möhkəmlətmiş və özlərini gələcəkdə gözlənilən döyüşə hazırlayırlar.

Bir müddət öncə İŞİD terror qruplaşması gözlənilməz hücumla İraqın şimalında geniş ərazini öz əlinə keçirmişdi. Bu qruplaşma öz nəzarətində olan ərazilərdə İslam xilafəti qurduğunu elan etmişdi. Bu qruplaşmanın başçıları öz qüvvələrini Bağdadı ələ keçirməyə hazırlaşmağa səsləyiblər.

“Əl-Müstəqbəl” qəzeti yazının davamında bu xəfiyyəyə istinadən bildirib: “Əl-yəvm əl-məvud”, “əs-Səlam”, “Bədr”, “Əsaib əhl əl-həqq”, “Əbul-fəzl Əbbas”, “əl-Muxtar” və “Hizbullah” briqadaları Bağdadın müxtəlif məntəqələrində yerləşmişlər və ordu və polis qüvvələri tərəfindən himayə olunurlar. Bu qruplar vəziyyətə nəzarət, həssas dövlət təşkilatları, o cümlədən “yaşıl məntəqə”ni və bəzi məmurların evlərinin müdafiəsini öz üzərlərinə götürmüşlər. Onlar özlərini istənilən radikal vəhhabi hücumlarına qarşı hazırlamışlar.

Bu qrupların bəziləri Suriya prezidenti Bəşər Əsədin rejimini ona müxalif olan qüvvələrdən qorumaq üçün döyüşürlər.

İraqlı xəfiyyə əlavə etmişdir: İraqın baş naziri Nuri əl-Maliki ordu və polisə olan etimadını onların Neynəva, əl-Ənbar, Səlahuddin və xüsusilə Tikritdəki məğlubiyyətindən sonra itirmişdir. Buna görə də, şiə silalı qruplaşmalara etimadı artmışdır.
1497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...