Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2014

"Qarabağ"a texniki məğlubiyyət veriləcək

Topaz Premyer Liqasının I turundakı biabırçılıq yalnız "Bakı"nın mövsümün ilk oyununa hazır olmamasıyla yekunlaşmayıb. Apasport.az saytı xəbər verir ki, bu gün keçirilən "Sumqayıt" - "Qarabağ" oyununda da böyük bir rüsvayçılıq yaşanıb.

Belə ki, "Qarabağ"ın heyətində 69-cu dəqiqədə Riçard Almeyda Namiq Yusifovun əvəzinə meydana daxil olub. Halbuki həmin vaxt meydanda 6 legioner futbolçu olduğundan, baş məşqçi Qurban Qurbanov yeni legioneri meydandakılardan birinin əvəzinə buraxa bilərdi. Amma braziliyalı futbolçunun məhz Namiqi əvəzləməsi səbəbindən limit pozlulub. O, məşqçilər korpusunun səhlənkarlığı ucbatından hətta sonadək meydanda olub.

Qeyd edək ki, buna görə "Qarabağ"a texniki məğlubiyyət veriləcək. Halbuki çempion son səfər oyununda 3:0 hesabıyla qalbi gəlmişdi.

Onu da xatırladaq ki, Premyer Liqada hazırda 6+5 limitindən istifadə olunur. Yəni elita klubları eyni vaxtda 6 legioner+5 yerli futbolçu oynada bilərlər.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də faktı təsdiqləyib. O, bildirib ki, limiti pozduğuna görə “Qarabağ”a 0:3 hesablı texniki məğlubiyyət veriləcək./futbolinfo/
1401 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi