Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2014

Nəsimin icra başçısı haqqında şok iddia…

Çayxana sahibləri Nəsib Məhməliyevin adından müştəriləri soyurlar…

Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhməliyevin diqqətinə çatdırmağı lazım bildiyi bir eybəcərlik var...
“Memar Əcəmi” metrostansiyasının çıxışında Zərifə Əiliyeva adına Göz Xəstəlikləri İnstitutuna gedən tərəfdəki beşmərtəbəli binanın birinci mərtəbəsi boyu düzülmüş onlarla çayxanada çox iyrənc olaylar yaşanır. Belə ki, ötən illərdə həmin çayxanalar qışda birinci mərtəbələrdə və zirzəmilərdə, yaz-payız aylarında isə bütün həyət boyu fəaliyyət göstərirdisə, bu il həyətdəki bütün ağacların dibi belləndiyindən stolların ora düzülməsinə icazə verilməyib. Elə buna görə də çayxana sahibləri həyətdə qoyduqları məhdud sayda stollara görə qiymətləri beşqat artırmaq qərarına gəliblər. Bir çaynik çayı 5 manata satan kiçik sahibkarlar Moderator.az-ın əməkdaşına bunun səbəbini belə izah ediblər ki, icra başçısı “köhnə dəyirman”a yeni qiymət qoyduğundan başqa seçim qalmayıb.
Üstəlik, ofisiant qızların çox əcaib geyimləri və siqaret çəkmələri də müştərilərin bəzisinin ürəyincə olsa da çoxlarında ikrah hissi oyadır...
Moderator.az icra başçısını bu barədə məlumatlandırmağı özünə borc bilir və əminik ki, həmin obyektləri işlədənlər Nəsib Məhməliyevin adından sui-istifadə edərək müştərilərə kələk gəlirlər. Ümid edirik ki, icra başçısı həmin obyektlərə “əl gəzdirəcək” və müştəriləri bir stəkan qaynanmış su ilə soymalarına görə onlara qarşı qanuni tədbir görülməsini təmin edəcək.
Mövzunu diqqətdə saxlayacağıq və icra başçısının tədbir görəcəyi günü gözləyirik.../moderator/
1267 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP