Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2014

“Putini Donbasda saxlamasaq, Kiyevə qədər gedəcək”.

Bu açıqlama ilə ukraynalı deputat Oleq Lyaşko çıxış edib.

O, hazırda Donbasda Ukraynanın taleyinin həll olunduğunu qeyd edib:

“Hazırda Donbasda müstəqillik uğrunda müharibə gedir. Rusiya bizə qarşı mübarizə aparır, biz isə Luqansk və Donetsk ərazilərimizi müdafiə edirik. Biz Donbasda Putinin qarşısını almasaq, o, daha da irəli gedəcək. Hətta Kiyev, daha sonra isə yeni Berlin divarlarına qədər gedib çıxacaq. Bu səbəbdən Donbasda Ukraynanın taleyi həll olunur və hər kəs orada olmalıdır”.
1402 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber