Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2014

Venesuela fələstinli uşaqlara belə dəstək oldu

Qəzza zolağında aviazərbələrə məruz qalan fələstinlilərə nəinki regiondan, həm də okeanın o tayından da dəstək gəlib.

Venesuelada fələstinli uşaqlar üçün oyuncaq aksiyasına başlanılıb. Paytaxt Karakasda fələstinli uşaqlar üçün əllə oyuncaqlar hazırlanmasına yüzlərlə sakin qoşulub. Oyuncaqların bir hissəsi Qəzza zolağındakı fələstinli uşaqlara göndəriləcək, bir hissəsi isə Karakasa gələcək fələstinli uşaqlar üçün saxlanacaq.

Aksiya Venesuela prezidenti Nikolas Maduronun təşəbbüsü ilə keçirilir. Maduro ötən həftə Qəzza zolağında yaralanan və ya yetim qalan fələstinli uşaqlar üçün Karakasda «sığınacaq evləri»nin yaradılacağını bəyan edib.

Fələstini bir dövlət kimi tanıyan Venesuela fələstinlilərə qarşı daha əvvəlki əməliyyatlar zamanı İsraillə əlaqələrinə son qoymuşdu./ans/
1313 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:50