Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2014

Qəzzada növbəti atəşkəs razılaşması əldə olunub

İsrail və Fələstin arasında 72 saatlıq növbəti atəşkəs anlaşması əldə edilib.

"Reuters" agentliyinin verdiyi xəbərə görə, Misir Xarici İşlər Nazirliyindən (XİN) rəsmi Qahirənin vasitəçiliyi ilə baş tutan anlaşmanın dünən gecə yarısından sonra qüvvəyə mindiyi bildirilib.

Bildirək ki, bu, tərəflər arasında son bir həftə ərzində əldə edilmiş ikinci atəşkəs razılaşmasıdır.

Misir XİN-in məlumatına əsasən, yeni razılaşma infrastrukturu dağıdılmış Qəzzaya humanitar yardımların göndərilməsinə şərait yaradacaq.

Xatırladaq ki, ötən həftə əldə edilən razılaşma müddəti başa çatmadan pozulub.

Fələstinin HƏMAS hərəkatı tərəflər arasında tam razılığın əldə edilməsi üçün İsraildən Qəzzanın blokadasını aradan qaldırmasını, rəsmi Təl-Əviv isə HƏMAS-ın tərksilah edilməsini əsas şərt kimi irəli sürür./SalamNews/
1199 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:38