Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2014

İlham Mirzəyevin cinayət işinin ibtidai istintaqı başa çatdı

Teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bu barədə təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hazırda vəkillər cinayət işinin materialları ilə tanış olurlar. Yaxın günlərdə iş baxılması üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, İ. Mirzəyev aprelin 11-də saxlanılıb.

Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır./apa/
1039 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15