Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2014

Nömrəsini pultla gizlədən "Porsche"nin sürücüsü həbs edildi

Bakıda avtomobilin dövlət nömrə nişanını pult vasitəsilə gizlədən sürücü həbs edilib

Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

V.Əsədov Binəqədi rayon sakini 1988-ci il təvəllüdlü Əhədov Orxan Babaverdi oğlunun idarə etdiyi “Porsche Cayenne” markalı 90 FA 012 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman sürücünün pult vasitəsilə istənilən zaman avtomobilin səsboğucu qazanlarının səsinin artırıb-azaltmasını, həmçinin mexanizm vasitəsi ilə pərdələrin çəkilməsi ilə dövlət nömrə nişanlarının görünməməsini nizamladığını bildirib: "Yəni dövlət nömrə nişanının üzərinə qara örtük çəkərək avtomobilin nömrəsiz idarə edilməsinə cəhd edib. Bu azmış kimi, sürücü Zaqulba prospekti ilə hərəkət edərkən yol boyu polisin saxlama işarəsinə əhəmiyyət verməyərək hərəkətini davam etdirib. Eləcə də yaradılmış süni maneəyə baxmayaraq əks istiqamətdə həmin yolla qarşılıqlı hərkət zolağı ilə hərəkətdə olan avtomobillərə qəza şəraiti yaradaraq, yol boyu nizamlanan yol ayrıclarında işıqforun tələblərini pozaraq yüksək sürətlə digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradıb. Radiocihaz vasitəsilə həmin hərəkət istiqamətində tam süni sıxlıq yaratmaqla avtomobil sürücüsü ilə birgə saxlanılıb və barəsində tərtib edilmiş sənədlər aidiyyəti üzrə məhkəməyə göndərilib”.

O.Əhədova İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə avtoxuliqanlıq etdiyinə görə Xəzər rayon məhkəməsi tərəfindən 25 sutka həbs cəzası verilib.





1169 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber