Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2014

Sarkisyan bizi hədələdi

“Ermənistanın 300 kilometrə qədər vura bilən ballistik raketləri var və onlar qısa müddətdə Azərbaycanın istənilən çiçəklənmiş yaşayış məntəqəsini Ağdam kimi xarabazarlığa çevirə bilər”.

Bunu Ermənistan prezidenti Serj Sarkisyan bu günkü erməni mətbuatına bildirib. Sarkisyan indiyə kimi Ermənistan rəhbərliyi tərəfindən edilməmiş bir etirafı da səsləndirib. “Bəli, mən çəkinmədən bildirirəm ki, Azərbaycanın Silahlı Qüvvələri Naxçıvandan İrəvana girə bilər. Amma bu cür hadisələr cəzasız qalmır”,- deyə Serj Sarksiyan bildirib.

Sarkisyan dolayısı ilə Azərbayjan ordusunun güclü olmasını da etiraf edib. “Heç zaman qürur verən rəqəmləri götürüb hesablama aparmaq olmaz ki, bizim ümumi daxili məhsul (ÜDM) bu qədərdir, Ermənistanınkı bu qədər. Bizim tanklar bu qədərdir, Ermənistanınkı bu qədər və əgər hərbi əməliyyatlar başlayarsa, biz qələbə çalacağıq. Amma bu o demək deyil ki, ÜDM, pul və tankların sayının əhəmiyyəti yoxdur. Mən bu barədə danışmıram. Əlbəttə ki, əhəmiyyəti var. Amma bu, yetərli deyil”,- deyə Serj Sarkisyan bildirib./ans/
1056 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11