Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2014

Arif Yunusun apellyasiya şikayəti təmin edilməyib

Arif Yunusun apellyasiya şikayəti təmin edilməyib Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunusun apellyasiya şikayətinə baxılıb.

Vəkil Xalid Bağırovun verdiyi məlumata görə, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə A. Yunus özü də iştirak edib.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, A. Yunus şərlənərək Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq), onun həyat yoldaşı, Leyla Yunus isə Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci (qanunsuz sahibkarlıq), 213.2.2-ci (vergidən yayınma, 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci onun əri maddələri ilə təqsirli bilinirlər.

Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib./apa/
1101 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
<