Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2014

Qahirədə fələstinlilər və israillilər arasında danışıqlar başlayıb

Misirin paytaxtı Qahirədə Fələstin və İsrail nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

İTAR-TASS-ın verdiyi xəbərə görə, tərəflər Qəzza zolağında qarşıdurmanın dayandırılması və müddətsiz sülhün əldə edilməsi ilə bağlı məsələlərin müzakirəsinə başlayıblar.

Xatırladaq ki, ötən gün Fələstin fraksiyaları və İsrail Qahirənin vasitəçiliyi ilə Qəzzada yeni - 72 saatlıq atəşkəs barədə razılığa gəliblər. Atəşkəs yerli vaxtla gecəyarı qüvvəyə minib və hələlik ciddi pozuntular baş vermədən keçir.

Bildirək ki, danışıqların gündəliyində tərəflərin indiyədək ümumi dil tapa bilmədikləri bir sıra məsələlər durur. Belə ki, fələstinlilər 2006-cı ildən etibarən Qəzza zolağına qarşı tətbiq edilən blokadanın tam şəkildə aradan qaldırılmasına israrla nail olmağa çalışırlar. İsraillilər HƏMAS-ın silahsızlaşdırılmasını tələb edirlər, Fələstin fraksiyaları isə bundan tamamilə imtina edirlər./SalamNew/
1252 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP