Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2014

İranın Biləsuvar sərhəd-keçid məntəqəsində yeni terminal istifadəyə veriləcək

Yaxın günlərdə Biləsuvar sərhəd-keçid məntəqəsində yeni terminal istifadəyə veriləcək.

Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ötən axşam İRİNN kanalında "Mərkəzi Asiya və Qafqaz jurnalı" adlı verilişdə çıxışında deyib.

İRİNN kanalı ötən axşam "Mərkəzi Asiya və Qafqaz jurnalı" adlı verilişdə Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının nəticələri və əldə olunan nailiyyətlərlə bağlı xüsusi buraxılış hazırlayıb və hazırda Tehranda olan İranın Azərbaycandakı səfiri M.Pakayin həmin verilişin qonağı olub.

Səfir deyib ki, artıq yeni terminalda tamamlama işləri görülür: "Düşünürəm ki, gələn 20 gün ərzində terminal öz fəaliyyətinə başlayacaq. Yeni terminalın fəaliyyəti ilə yanaşı, sərhəd-keçid məntəqəsinin 24 saatlıq fəaliyyətinə də başlanacaq".

Onun sözlərinə görə, sərnişinlər, avtomobillər və yük maşınlarının gediş-gəlişi rahatlaşacaq və artıq uzun növbələr olmayacaq.
M.Pakayin Bakıda keçirilən iclasın nəticələrinin artıq səmərə verməyə başladığını vurğulayıb və deyib ki, İran və Azərbaycan arasında gələcək əməkdaşlıq perspektivini parlaq görür.

Səfir əlavə edib ki, İran Gömrük Administrasiyasının rəhbəri Məsud Kərbasian yaxın gələcəkdə Bakıya səfər edəcək: "Kərbasianın səfərinin proqramı artıq hazırdır və o, tezliklə Bakıya səfər edəcək".
1236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:28