Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2014

RATİ-nin ofisi bağlandı

Avqustun 11-də səhər saatlarında Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisi möhürlənib.

Bir neçə gün öncə ofisdə axtarış aparılıb. Sənədlər, kompüterlər, disklər və digər texniki vadanlıqlar götürülüb. Bu gün isə prokurorluğun müstəntiqi və sahə müvəkkili birlikdə ofisə gələrək, oranın boşadılmasını tələb ediblər. Bildirilib ki, istintaq başa çatdıqdan sonra möhürü açacaqlar.

RATİ-nin rəhbəri Emin Hüseynov və onun qardaşı Mehman Hüseynovun harada olduğu isə məlum deyil. E.Hüseynovun ABŞ-ın Azərbaycandakı səfirliyində saxlandığı haqda məlumatlar yayılsa da, səfirlik bunu təkzib etdi.

Baş Prokurorluğun mətbuat xidməti də Emin Hüseynovla bağlı məlumata malik olmadığını açıqlayıb.
1311 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP