Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2014

Messiyə “İsrail hücumu”

Məşhur futbolçu Leonil Messinin sosial şəbəkədə paylaşdığı post etiraza səbəb olub.

“Barselona”da top qovan argentinalı ulduz futbolçu Leonil Messi “Facebook” sosial şəbəkə saytında Qəzza ilə bağlı yazdığı fikirlər səbəbilə İsrail lobbisi tərəfindən təzyiqə məruz qalıb.

“Bir valideyn və UNİCEF-in xoşməramlı səfiri olaraq, çox sayda gəncin ölümü və uşaqların yaralanmasına səbəb olan İsrail-Fələstin arasında yaşanan qarşıdurmaya görə təəssüf hissi keçirirəm. Bu qarşıdurmanın səbəbkarı uşaqlar deyil, bu həngəmani onlar yaratmayıb. Amma ən böyük zülmü onlar ödəyir. Buna son qoymaq və uşaqları qorumaq lazımdır.” – deyə Messi “Facebook” hesabında etirazını bildirib.

Onun bu postu Qəzzada günahsız insanların ölməsinə qarşı çıxan minlərlə insan tərəfindən bəyənilərək paylaşılıb. Lakin çox keçmədən İsrail lobbisinin təzyiqi ilə məşhur futbolçu yazdığı postu silmək məcburiyyətində qalıb.
1364 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35