Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2014

ABŞ-da qarşıdurma: 32 nəfər həbs edildi

ABŞ-ın Missuri ştatında polis küçə qarşıdurmalarında 32 nəfəri həbs edib.

Qarışıqlıq polisin silahsız qaradərili yeniyetməni qətlə yetirməsindən sonra başlanıb.

Şəhərin küçələrində qaranlıq düşdükdən sonra soyğunçuluq başlanıb, insanlar avtomobilləri yandırıb. Qarşıdurmaların iştirakçıları həmçinin binanı yandırıblar.

Hadisə Ferqyuson şəhərində, Sent-Luisin şəhər ətrafında əsasən afroamerikalıların yaşadığı ərazidə olub. 18 yaşlı Maykl Braun şənbə günü polislə münaqişədə bir neçə güllə yarası alaraq dünyasını dəyişib. Təxmin olunur ki, onunla hadisə zamanı daha bir kişi də olub./ans/
1326 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...