Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2014

Ebola virusuna qarşı hələlik heç bir vaksin tapılmayıb

Qərbi Afrikada indiyə qədər 1000-dən çox insanın ölümünə səbəb olan Ebola virusuna qarşı hələlik heç bir vaksin tapılmayıb.

Ölümcül virus, əsasən, Sierra Leone, Nigeriya, Qvineya və Liberiyada geniş vüsət alıb. Bir müddət əvvəl avropalı həkim və rahib də bu xəstəliyə tutulmuşdu.

Hazırda Liberiyada vəziyyət daha gərgindir. Hökumət ötən gün virusa yoluxma halları aşkarlanan 3-cü vilayətdə də qarantin elan edib. Dünya Səhiyyə Təşkilatı Ebola virusu ilə əlaqədar beynəlxalq səviyyədə fövqəladə hal elan edib.

Təşkilatın ötən gün İsveçrənin Cenevrə şəhərində keçirilən iclasında ölümcül virusa qarşı mübarizə yolları müzakirə olunub.

Virusa yoluxan xəstələr, adətən, 3-4 gün ərzində sağ qala bilirlər. Lakin, məlumata görə, təxminən, 1 həftə əvvəl virusa yoluxan amerikalı həkimlərin səhhətində müalicədən sonra irəliləyiş müşahidə olunub. Bu fakt Ebolada əziyyət çəkən insanlara ümid işığı olub.

Sözügedən ölkələrə qonşu ölkələr də virusa qarşı önləyici tədbirlər görməyə başlayıblar.
1376 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı