Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2013

İranla Suriya birgə telekanal açacaq

İran və Suriya arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, müqavilə iki ölkə arasında mədəniyyət və dini sahələrdə əməkdaşlığı ehtiva edir.

Saziş noyabrın 3-də Tehranda İranın mədəniyyət və islami irşad naziri Əli Cənnəti və Suriyanın vəqflər naziri Məhəmməd Əbdülsəttar Seyid tərəfindən imzalanıb.

Müqavilədə bir ümmət düşüncəsi məzmununda islami dialoq başladılması və ümmətin vəhdəti üçün cümə xütbələrindən faydalanması əksini tapıb. Sazişdə islami məzhəblərin yaxınlaşması məqsədilə müştərək televiziya kanalı təsis etmək, təkfirçilərə yaxın olan mətbuat orqanları ilə mübarizə aparmaq və Fələstin torpaqlarının müdafiəsi üçün müsəlman xalqlar arasında müqavimət mədəniyyətini inkişaf etdirmək kimi bəzi müddəalar da yer alıb.
2412 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP