Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2014

Türkiyənin baş naziri kim olacaq?

Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti seçildikdən sonra baş nazirin kimin olacağı müzakirələrə səbəb olub.

Türkiyə KİV-ləri xəbər verir ki, 28 avqustda Çankayada təhvil-təslimdən sonra eks prezident Abdulla Gül yenidən AKP-yə qayıdacaq.

Yayılan məlumatlara görə, Abdulla Gül yenidən partiyaya üzv olduqdan sonra partiya rəhbəri olmaq üçün hərəkətə keçəcək. O, 2015-ci ilin iyunundan tez AKP-nin başqanı seçiləcək. Gülün yaxın çevrəsindən isə mətbuata belə bir məlumat sızıb:

“Abdulla Gül indidən partiya sədri olmaq istəmir. Partiya sədri ola bilər, amma baş nazir olmaq üçün millət vəkili olmaq lazımdır. Prezidentlik kürsüsünü təhvil verdikdən sonra partiyaya üzv olacaq. Onun partiyaya sıravi üzv kimi qayıtması gözlənilmir.”

Görünən budur ki, AKP 2015-ci ilin parlament seçkilərinə Abdulla Gülün rəhbərliyi ilə gedəcək. Beləcə onun baş nazir olmaq yolu açılacaq.
1226 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber